Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2023 , 10:57

5617

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Heydər Əliyev ilində Ulu öndərin yadigarı olan bələdiyyə sisteminin inkişafına yönələn addımların atılması təqdirəlayiqdir”

 “Son aylarda Prezident Adminstrasiyasının və Ədliyyə Nazirliynin müvafiq qurumlarının həyata keçirdiyi layihələr nəticə etibariylə bələdiyyə sistemində canlanma yaradıb”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Sədrin sözlərinə görə, Bələdiyyələriyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmlilləşdirilməsi və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir etməkdədir. Bununla yanaşı Bələdiyyələrə iş mərkəzinin dəstəyi ilə BAMS-ın mobil notariat sisteminə yaxın günlərdə  əlaqələndirilməsi bələdiyyələrin fəaliyyətinə müsbət yöndə təsir etməklə, həmdə qarşılaşdıqların çətinlikləri aradan qaldırlmasına təkan verəcək. Nəticə etibariylə atılan addımlar həm də  bələdiyyələrin məsuliyyət yükünü bir xeyli artırmış olacaqdır.

Heydər Əliyev ilində Ulu öndərin yadigarı olan bələdiyyə sisteminin inkişafına yönələn addımların atılması təqdirəlayiqdir.

Rəhbərlik etdiyi bələdiyyənin fəaliyyətinə toxunan sədr daha sonra  Nərimanov bələdiyyəsində şəhid ailəsindən olan 6 nəfər işlə təmin olunduğunu, 22 nəfər Vətən müharibəsi qazisinə hər ay yardım edildiyini və bundan başqa, 11 nəfər şəhid övladına da dəstək göstərildiyini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, yerli demokratiyanın, özünüidarəetmənin inkişafında rolundan danışan T.Tağıyev Ümummilli Liderlə Səttarxan adına zavodda keçirilmiş görüşlə bağlı xatirələrini bölüşüb.

Bələdiyyə sədri Nərimanov rayonunda da ağacəkmə aksiyasının təşkil edilməsini məqsədəmüvafiq hesab edib. Bildirib ki, bələdiyyənin 7 hektar ərazisi var və burada yaşıllaşdırmanın aparılması təbiət və ətraf mühitin qorunması baxımından faydalı olar.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
508

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
866

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
638

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1333

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
649

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
669